عنوان

پنجشنبه, 19 ژوئيه 2018
Biznes

شرکت بین المللی

الفبای ویرا

مشاور شما در

تجارت با جمهوری آذربایجان

ثبت شرکت , خرید ملک
تحصیل , وکالت , مجوز

.... , صادرات , واردات

www.alvinter.com


Biznes

Əlifba Viera

Beynəlxalq Şirkəti

İran-la bizines

şirkətin qeydiyyat

əmlak alqı -satqısı

lisenziyalar

ixrac, idxal ...

www.alvinter.com

 
part2

Rəsmi sənədlərin tərcüməsi haqqında bir neçə qeyd:

1. Sənədlərin tərcümə və təsdiqi üçün müəyyən vaxt ayırmalısınız. Təcili tərcümələr, sizin üçün daha artıq xərc tələb edəcək. Lakin müəyyən vaxt ərzində sənədlərin tərcüməsi daha dəqiq həyata keçirilir.

 

Qeyd: Nəzərə alınmalıdır ki, sənədin tərcüməsinin təsdiqlənməsi üçün, həmin sənədin əsli Bakı şəhəri dövlət notariat kontorlarının birinə göndəriləcək. Həmin sənədlər geri alınmayanadək, müştərilər onu tərcümə mərkəzindən tələb etməməlidilər. Əgər qısa bir vaxt ərzində sənədlərinizi geri almaq istəyirsinizsə, qabaqcadan tərcümə mərkəzinə məlumat verməlisiniz.

 

2. Sənədlərin tərcüməsi üçün müraciət etdikdə, həmin sənədlərin əslini gətirməyi unutmayın.

Qeyd: Tərcümələrin növü və qiymətləri haqqında ətraflı məlumat əldə edin. Beləliklə xərclərinizə qənaət etmiş olacaqsınız.

Qeyd: Rəsmi sənədlərin tərcüməsi zamanı, tərcüməçilər bütün sənədləri olduğu kimi xarici dillərə tərcümə edirlər. Buna görə də müştərilərin xahişi ilə tərcümələrin mətnində hər hansısa bir dəyişiklik etmək, yolverilməzdir. Əgər sizin sənədlərinizdə hansısa səhv bir məqam varsa, bunun həlli üçün sənədi sizə təqdim edən orqana müraciət etməlisiniz.

 

3. Təsdiqlənməsi nəzərdə tutulmuş tərcümə sənədlərdən sizə neçə nüsxəsinin lazım olduğunu, qabaqcadan müəyyənləşdirin.

 

4. Sənədlərdə qeyd olunan xüsusi adların, şəxs adları və ya müxtəlif şirkət və qurum adlarının orfoqrafik yazılışını ayrılıqda tərcümə mərkəzinə təqdim edin. Təqdim olunmuş şəxs adları, həmin şəxslərin şəxsiyyət vəsiqələrinə və təqdim olunmuş qurum adları isə həmin qurumların rəsmi sənəd və nizamnamələrinə uyğun olmalıdır.

 

5. Sənədlərinizi tərcümə mərkəzinə təqdim etdikdə, qəbz almağı unutmayın. Həmin qəbzdə sənədlərin sayı göstərilməlidir.

Qeyd: Tərcümə mərkəzi tərəfindən sizə verilən qəbzi diqqətlə qoruyub saxlayın. Adətən sənədləri tərcümə mərkəzinə təhvil vermiş şəxslərə, həmin sənədlər geri qaytarılır. Sizə təqdim olunan qəbz itdikdə, dərhal tərcümə mərkəzinə məlumat verin. Tərcümə mərkəzi qəbzi təqdim edən hər bir şəxsə sənədləri geri qaytara bilər və bununla əlaqədar heç bir məsuliyyət daşımır.

 

6. Sənədlərinizi tərcümə mərkəzindən geri aldıqda, onları diqqətlə araşdırıb yoxlayın. Qəbzin tərcümə mərkəzinə qaytarılması, sənədlərin müştərilərə geri qaytarılması deməkdir. Bundan sonra isə sənədlərdə hansısa bir problemin yaranması və yaxud hansısa bir sənədin itməsi ilə bağlı edilmiş şikayətlər, əsassız sayılır.

 

7. Tərcümə olunmuş sənədlərinizi tərcümə mərkəzindən təhvil alarkən, sənəddəki həssas məqamlara və o cümlədən xüsusi adların orfoqrafik yazılışına diqqət yetirin. Sənəddə hansısa bir səhv olarsa, bu barədə məlumat verin. Yaranmış problemlərin həlli üçün bütün zəruri tədbirlər görüləcək. Lazım olduqda həmin sənədin təsdiqləndirilməsi yenidən həyata keçiriləcək.

 
ALL RIGHTS RESERVED