عنوان

دوشنبه, 16 ژوئيه 2018
Biznes

شرکت بین المللی

الفبای ویرا

مشاور شما در

تجارت با جمهوری آذربایجان

ثبت شرکت , خرید ملک
تحصیل , وکالت , مجوز

.... , صادرات , واردات

www.alvinter.com


Biznes

Əlifba Viera

Beynəlxalq Şirkəti

İran-la bizines

şirkətin qeydiyyat

əmlak alqı -satqısı

lisenziyalar

ixrac, idxal ...

www.alvinter.com

 
Xarici vətəndaşların Azərbaycanda təhsili

Azərbaycan Respublikası vətəndaşlarının хarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (Təhsil haqqında qanunun 44-cü maddəsi)


1. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvоta və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.


2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna оlmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında хüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.

 

İranlı abituriyentlərin Azərbaycan Respublikasıda təhsil alması

 

İran vətəndaşlarının Azərbaycan Respublikasında təhsil alması barədə İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyinin təlimatı:

Orta təhsil: Yeni müstəqillik əldə etmiş MDB ölkələrində ibtidai təhsil yeddi yaşdan başlanır və 4 il davam edir.  Daha sonra orta təhsil birinci mərhələdə 4-5 il müddətinə və ikinci mərhələdə isə 2-3 il müddətinə keçirilir. Ümumiyyətlə isə bu ölkələrdə ibtidai və orta təhsil 11-12 il müddətinə keçirilir.

Ali təhsil: Yeni müstəqillik qazanmış MDB ölkələrindəki ali təhsil sistemi, daha çox Rusiyanın təhsil sisteminə bənzəyir. Rusiyadakı ali təhsil müəssisələri dörd qurupdan - dövlət universitetləri, ixtisaslaşmış treninq mərkəzləri, dövlət kollecləri və özəl təhsil müəssisələrindən ibarətdir.

Dövlət təhsil müəssisələri, müxtəlif sahələr, o cümlədən hüquq, tibb, sənaye, kənd təsərrüfatı, pedaqogika və s.. ixtisaslar üzrə fakültələri özündə cəmləşdirən universitetlərdir.

Rusiyada universitetlərə qəbul, tələbə qəbulu üzrə fəaliyyət göstərən dövlət komitəsi tərəfindindən həyata keçirilir. Orta məktəb attestatına malik olan hər şəxs bir ali təhsil almaq üçün universitetlərin qəbul imtahanlarında iştirak edə bilər. Tələbələrin qəbulu onların topladığı ballara əsasən aparılır. Yüksək bal toplamış şəxslərə güzəştli və pulsuz təhsil xidmətləri təklif olunur.

Rusiyada hər bir universitet xarici ölkələrdən tələbə qəbul etmək səlahiyyətinə malikdir. Xarici tələbə ilk öncə bir illik universitetqabağı kurslarda iştirak etməli və rus dilini orta səviyyədə öyrənməlidir. Xarici tələbələrin təhsili ödənişlər əsasında həyata keçirilir.

Təhsil pillələri

1. Bakalavr: Bu təhsil üç il yarım və ya dörd il müddətinə keçirilir. Bu müddət ərzində tələbələr ixtisas fənləri və digər ümumi fənlər üzrə ali təhsil alırlar. Dərslər gündəlik əyani və bəzi hallarda isə qiyabi formada keçirilir. Hər bir təhsil ili, iki yarım ilə bölünür. Hər bir yarım ilin müddəti isə 16-17 həftə təşkil edir. Hər bir yarım ilin sonuncu ayında imtahanlar keçirilir.

2. Magistratura: Bu pillədə təhsil almaq üçün, bakalavr pilləsindəki təhsili müvəffəqiyyətlə başa çatdırmaq lazımdır. Təhsil hər bir tələbənin ixtisası üzrə 2-3 il müddətinə davam etdirilir. Təhsilini başa çatdırmaq istəyən tələbə, ixtisası ilə bağlı bir mövzu üzrə diplom işi yazmalı və onu müdafiə etməlidir.

3. Aspirantura (Kandidat Nauk): Bu pillə üzrə təhsil 3-4 il müddətinə davam edir. Elmlər namzədi olmaq üçün ilk öncə magistraturanı müvəffəqiyyətlə başa çatdırmaq lazımdır. Bu pillədə təhsil elmi-tədqiqat işləri ilə yanaşı həyata keçirilir və sonda aspirantlar müəyyən mövzu üzrə disertasiya müdafiə edərək, elmlər namizədi elmi dərəcəsini qazanmalıdılar.

Diplomların tanınması

1.        12 illik orta məktəb attestatına malik olan və qeyd olunan universitetlərdə ilk dörd illik ali təhsil piləsini başa çatdırmış şəxslərin diplomu, müəyyən imtahan və ya müsabiqələrdən müvəffəqiyyətlə keçdikdən sonra, “bakalavr” diplomu kimi qəbul olunur.

Qeyd: 2008-ci ildən sonra Mərkəzi Asiya və MDB ölkələri universitetlərinin bakalavr pilləsində qiyabi formada təhsil almış şəxslərin diplomu qəbul olunmur.

2.        12 illik orta məktəb attestatı və eləcə də dörd illik bakalavr diplomuna malik olan şəxslər, qeyd olunan universitetlərdə magistratura pilləsin müvəffəqiyyətlə başa çatdırdıqdan sonra, müəyyən imtahan və ya müsabiqələrdən də müvəffəqiyyətlə keçməlidilər. Bu halda onların diplomu “magistratura” diplomu kimi tanınacaq.

Bakalavr və magistratura diplomlarını birlikdə alan şəxslər, yalnız bir müsabiqədən keçməli və imtahan verməlidilər. Diplomlarını ayrılıqda alan şəxslər isə ayrılıqda iki dəfə imtahan verməlidilər. Magistratura məzunları öz ərizələri əsasında sadəcə bakalavr səviyyəsində müsabiqədən keçə bilsələr, bu halda onların diplomu sadəcə bakalavr diplomi kimi tanınacaq.

Qeyd: 2008-ci ildən sonra Mərkəzi Asiya və MDB ölkələri universitetlərinin magistratura pilləsində qiyabi formada təhsil almış şəxslərin diplomu qəbul olunmur.

3.        2008-ci ilin noyabr ayından sonra Mərkəzi Asiya və MDB ölkələrində aspirantura pilləsində təhsil almış şəxslərin namizədliyi müəyyən şərtlər əsasında təsdiqlənə bilər. Belə ki, bu şəxslərin digər ölkələrin tanınmış mətbu orqanlarında (Mərkəzi Asiya və MDB ölkələrində olmamaq şərti ilə) ən azı 2 elmi məqalə və əsərləri çap olunmalıdır.* Bu əsərlərdən ən azı birinin beynəlxalq indeksi olmalı və digər tələblərə cavab verməlidir. Bu halda onların elmi dərəcəsi qiymətləndirilə bilər.

Qeyd 1-3: Hər bir məqalədə aşağıdakı tələblər yerinə yetirilməlidir:

Təsdiqlənmə prosesi başlananadək, həmin məqalələr çap olunmalıdır. (hər hansısa bir beynəlxalq konfransa təqdim olunmuş məqalələr qəbul olunmur).

Məqalə aspirantın şəxsən özü tərəfindən yazılmalıdır.

Nəşr olunmuş məqalə və elmi əsərlər doktorantura səviyyəsində yazılmış olmalıdır.

Məqalələrə mövzusu ilə əlaqədar olaraq ən azı iki mütəxəssis-alim rəy verməlidir.

Qeyd 2-3: 2008-ci ilin noyabr ayından sonra doktorantura pilləsində qiyabi təhsil almış şəxslərin sənədləri təsdiqlənmə üçün qəbul olunayacaq.

Qeyd: 3-3: 2008-ci ilin noyabr ayından öncə qeyd olunan təhsil müəssisələrində doktorantura pilləsində təhsil almağa başlamış şəxslərin sənədlərinin təsdiqlənməsi, yuxarıda qeyd etdiyimiz kimi müəyyən şərtlər əsasında həyata keçirilə bilər. Belə ki, bu şəxslərin digər ölkələrin tanınmış mətbu orqanlarında (Mərkəzi Asiya və MDB ölkələrində olmamaq şərti ilə) ən azı 2 elmi məqalə və əsərləri çap olunmalıdır. Bu əsərlərdən ən azı birinin beynəlxalq indeksi olmalı və digər tələblərə cavab verməlidir. Bu halda onların təhsilləri qiymətləndirilə bilər.

Qeyd 4-3: Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təqaüd alan və nazirlik xətti ilə təhsil almağa göndərilmiş tələbələrdən, nazirlik tərəfindən elmi nəzarətə götürüldükləri üçün 3-cü bənddə qeyd olunduğu kimi hər hansı bir məqalə tələb olunmayacaq.

Elmi nəzarət deyildikdə, həmin tələbələrin təhsil proramları və naliyyətləri haqqında ildə iki dəfə hesabatların İran səfirliyinə təqdim olunması nəzərdə tutulur. Hazırda bununla əlaqədar nazirliyin nümayəndəsi Moskvadakı İran səfirliyində fəaliyyət göstərir.

Qeyd 5-3: 2002-ci ilin əvvəlinə kimi birinci, ikinci və üçüncü bəndlərdə qeyd olunan təhsil pillələrində təhsil almış və təhsilini başa çatdırmış şəxslərin diplomlarının qiymətləndirilməsi də yuxarıda qeyd etdiyimiz formada həyata keçiriləcək.

* Rusiya Federasiyası, Belarus, Ukrayna, Polşa, Rumıniya, Bolqarıstan, Çexiya, Slovakiya, Sloveniya, Latviya və Litva kimi ölkələrin rəsmi elmi-tədqiqat nəşriyyatlarında beynəlxalq indekslə çap olunmuş elmi əsər və məqalələr mötəbər hesab olunur. Lakin həmin əsərlər özəl nəşriyyatlar tərəfindən çap olunmamalıdır.

4. Rusiya Federasiyası, Belarus və Ukraynanın rəsmi universitetləri tərəfindən “Rus dili” ixtisası üzrə verilmiş diplomların təsdiqlənməsi, həmin diplom sahiblərinin müəyyən müsabiqədən keçməsindən və yaxud məqalələr nəşr etdirməsindən sonra mümkün ola bilər.

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş Azərbaycan Respublikası universitetlərinin siyahısı

 

1.

Bakı Dövlət Universiteti

Bu universitetdə bütün təhsil pillələri (bakalavr, magistratura, aspirantura və doktorantira) üzrə təhsil almaq mümkündür.

www.bsu.az

2.

Azərbaycan Memarlıq və İnşaat Universiteti

Bu universitetdə bütün təhsil pillələri (bakalavr, magistratura, aspirantura və doktorantira) üzrə təhsil almaq mümkündür.

www.azmiu.edu.az

3.

Azərbaycan Milli Elmlər Akademiyası

Akademiyada yalnız doktorantira pilləsi üzrə təhsil almaq mümkündür.

www.science.az

4.

Azərbaycan Dövlət Neft Akademiyası

Neft akademiyasında bütün təhsil pillələri (bakalavr, magistratura, aspirantura və doktorantira) üzrə təhsil almaq mümkündür.

www.adna779.wordpress.com

5.

Bakı Musiqi Akademiyası

Musiqi akademiyasında yalnız bakalavr və magistr təhsil pillələri üzrə təhsil almaq mümkündür.

http://musakademiya.musigi-dunya.az

6.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

Rəssamlıq akademiyasında yalnız rəssamlıqla əlaqədar ixtisaslar üzrə bakalavr və magistr pillələrində təhsil almaq mümkündür.

www.adra.edu.az

7.

Azərbaycan Milli Konservatoriyası

Konservatoriyada yalnız musiqi ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil almaq mümkündür.

www.conservatory.az

www.conservatory.az

8.

Azerbaycan Texniki Universiteti

Bu universitetdə yalnız bakalavr təhsil pilləsi üzrə təhsil almaq mümkündür.

www.aztu.edu.az

9.

Naxçıvan Dövlət Universiteti

Bu universitetdə yalnız bakalavr təhsil pilləsi üzrə təhsil almaq mümkündür.

www.ndu.edu.az

10

Xəzər Universiteti

Bu universitetdə yalnız bakalavr təhsil pilləsi üzrə təhsil almaq mümkündür.

www.khazar.org

 

Qeyd: Təhsil aldığınız universitetin adı bu siyahıda olmadıqda, bununla əlaqədar tədbirlərin görülməsi üçün Nazirliyin təhsil şöbəsinə məlumat verməlisiniz. Əks halda diplomunuzun tanınması sahəsində problemlərlə üzləşə bilərsiniz. 

Mərkəzi Asiya və MDB ölkələri, o cümlədən Azərbaycan Respublikası universitetləri tərəfindən verilən diplomların tanınması proseduru

Diplomun növü

Şərtlər

Qiymətləndirilmə

Bakalavr diplomu

Dörd il müddətinə ali təhsil almalı və 12 illik orta məktəb attestatına malik olmalıdır.

Baklavr səviyyəsində təhsil almış şəxslər, qiymətləndirilmə məqsədi ilə təşkil olunmuş müsabiqədən müvəffəqiyyətlə keçməlidir.

Magistratur diplomu

1. Bakalavr diplomu və 12 illik orta məktəb attestatına malik olmalıdır.

2. Mötəbər bir təhsil müəssisəsində magistr pilləsində təhsil almalıdır.

Magistr səviyyəsində təhsil almış şəxslərin qiymətləndirilməsi məqsədi ilə təşkil olunmuş müsabiqədən müvəffəqiyyətlə keçməlidir.

Aspirantura diplomu

Təsdiqlənmiş və qəbul olunmuş magistr diplomuna malik olmalı və mötəbər bir təhsil müəssisəsində ən azı 3 il aspirantura pilləsində təhsil almalıdır.

2008-ci ilin noyabr ayından sonra təhsilə başlamış şəxslərin digər ölkələrdə (Mərkəzi Asiya və MDB ölkələrində olmamaq şərti ilə) ən azı 2 elmi məqalə və əsərləri çap olunmalıdır. Bu əsərlərdən ən azı birinin beynəlxalq indeksi olmalıdır.

 

  1. Ali təhsilə başlamadan öncə keçirilmiş dil kursları, ali təhsil müddətindən hesab olunmur.
  2. Bakalavr pilləsində təhsil almış şəxslər yalnız ixtisas fənləri üzrə müsabiqədən keçməlidilər.
  3. Magistraturanı bitirmiş şəxslər həm ixtisas, həm də müəyyən ümumi fənlər üzrə müsabiqədən keçməlidilər.

Ayrılıqda bakalavr və magistr diplomu almlş şəxslər, ayrılıqda iki müsabiqədən keçməlidilər. Diplomları eyni olan şəxslər isə yalnız magistr səviyyəsində bir müsabiqədən keçməlidilər.

Magistratura məzunları öz ərizələri əsasında sadəcə bakalavr səviyyəsində müsabiqədən keçə bilsələr, bu halda onların diplomu sadəcə bakalavr diplomi kimi tanınacaq.

  1. Yazılmış elmi əsər və məqalələr aşığıda göstərilən kimi olmalıdır:

Təsdiqlənmə prosesi başlananadək, həmin məqalələr çap olunmalıdır. (hər hansısa bir beynəlxalq konfransa təqdim olunmuş məqalələr qəbul olunmur).

Məqalə şəxsin özü tərəfindən yazılmalıdır.

Nəşr olunmuş məqalə və elmi əsərlər doktorantura səviyyəsində yazılmış olmalıdır.

Məqalələrə mövzusu ilə əlaqədar olaraq ən azı iki mütəxəssis-alim rəy verməlidir.

2008-ci ilin noyabr ayından öncə qeyd olunan təhsil müəssisələrində doktorantura pilləsində təhsil almağa başlamış şəxslərin sənədlərinin təsdiqlənməsi, yuxarıda qeyd etdiyimiz kimi müəyyən şərtlər əsasında həyata keçirilə bilər. Belə ki, bu şəxslərin digər ölkələrin tanınmış mətbu orqanlarında (Mərkəzi Asiya və MDB ölkələrində olmamaq şərti ilə)* ən azı 2 elmi məqalə və əsərləri çap olunmalıdır. Bu əsərlərdən ən azı birinin beynəlxalq indeksi olmalı və digər tələblərə cavab verməlidir. Bu halda onların təhsilləri qiymətləndirilə bilər.

* Rusiya Federasiyası, Belarus, Ukrayna, Polşa, Rumıniya, Bolqarıstan, Çexiya, Slovakiya, Sloveniya, Latviya və Litva kimi ölkələrin rəsmi elmi-tədqiqat nəşriyyatlarında beynəlxalq indekslə çap olunmuş elmi əsər və məqalələr mötəbər hesab olunur. Lakin həmin əsərlər özəl nəşriyyatlar tərəfindən çap olunmamalıdır.

Qeyd: 2008-ci ildən sonra Mərkəzi Asiya və MDB ölkələri universitetlərinin bakalavr və magistr pilləsində qiyabi formada təhsil almış şəxslərin diplomu qəbul olunmur. O cümlədən 2008-ci ildən sonra doktorantura pilləsində qiyabi formada təhsil almış şəxslərin də sənədləri etibarsız hesab olunur.

Xaricdə təhsiı alan İranlı tələbələrin daxili Universitetlərə köçürülmə qaydaları

Qeyd: 2004-cü ildə İran parlamentində dövlət büdcəsi layihəsi təsdiqlənərkən, mövcud qanunlara xaricdə təhsiı alan İranlı tələbələrin daxili Universitetlərə köçürülmə qaydalarına aşağıda göstərilən kimi dəyişikliklər edilmişdir.

Maddə 1. Qanunda işlənən terminlər aşağıda göstərilən mənaları ifadə edir:

1-1.            Köçürülmə prosesi: Xaricdə təhsiı alan İranlı tələbələrin daxili Universitetlərə köçürülməsi;

1-2.            Nazirlik: İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi;

1-3.            Təhsil müəssisəsi: Nazirlik tərəfindən təsdiqlənmiş xarici ali təhsil müəssisələri və Universitetlər;

1-4.            Tələbə: Mötəbər xarici ali təhsil müəssisələrinin birində təhsil alan İranlı tələbə;

Maddə 2. Köçürülmə prosesinin ümumi qaydaları:

2-1. Tələbənin ilkin təhsil aldığı xarici ali təhsil müəssisəsi, nazirlik tərəfindən təsdiqlənməlidir.

2-2. Tələbənin təhsilini davam etdirməsi üçün hərbi xidmətlə bağlı və digər qanuna zidd bir problemi olmamalıdır.

2-3. Tələbənin ilkin təhsil sənədləri qaydasında olmalıdır.

2-4. Bir ildən artıq təhsilə fasilə verilməməlidir.

2-5. Tələbənin orta məktəb attestatı olmalıdır. Əgər orta təhsilini başqa ölkədə almış olsa, bu halda onun attestatı nazirlik tərəfindən təsdiqlənmiş olmalıdır.

Maddə 3. Köçürülmə prosesinin xüsusi qaydaları:

3-1. Tələbə, universitetqabağı təhsilindəki yazılı imtahanlardan ən azı 12 bal və doktoranturadan öncəki təhsil pillələrindək yazılı imtahanlarından isə azı 14 bal toplamalıdır.

3-2. Bakalavr pilləsi (kardani): Bir təhsil ili ərzində 12 fənn üzrə dərslər keçmirilmiş olmalıdır.

3-3. Bakalavr pilləsi: Bir təhsil ili ərzində 24 fənn üzrə dərslər keçmirilmiş olmalıdır.

3-4. Magistr pilləsi: Bir təhsil ili ərzində 14 fənn üzrə dərslər keçmirilmiş olmalıdır.

 3-5. Doktorantura pilləsi: Baytarlıq sahəsi üzrə doktoranturada təhsil alan şəxslərə iki təhsil ill ərzində 48 fənn üzrə dərslər keçmirilmiş olmalıdır.

3-6. İxtisaslaşmış doktorantura: Bir ildən artıq təhsil almış olmalıdır. Onun müdafiə edəcəyi elmi işin zamanına da ən azı bir qalmalıdır.

3-7. İkinci maddədə göstərildiyi kimi tələb olunan miqdarda balları toplaya bilməyən və fənləri keçməyən tələbələrin, xüsusi komissiyanın rəy verdiyi təqdirdə bakalavr və magistr pillələrində təhsillərinin davam etdirmələri üçün, özəl təhsil müəssisələrinə köçürülməsi mümkündür. Lakin bu tələbələr də minimal balı toplamalı və müəyyən fənləri keçmiş olmalıdılar.

Qeyd 1: Bakalavr pilləsində təhsil alan, elmi heyət üzvləri olan və eyni zamanda təqaüd alan tələbələrin köçürülməsi üçün, həmin tələbələr minimal dərs fənlərini keçmiş olmalıdılar.

Qeyd 2: Əgər diplomların qiymətləndirilməsi zamanı bakalavr pilləsində təhsil almış şəxslərin magistratura səviyyəsində dərslər keçməsi məlum olarsa, belə hallarda tələbələrin diplomlarının magistratura diplomu kimi tanınması qeyri-mümkündür.

Qeyd 3: Tələbənin keçdiyi fənlərin qiymətləndirilməsi, köçürüldüyü universitetlər tərəfindən müəyyənləşdirilir.

Qeyd 4: Tələbənin diplomu və təhsil alması ilə bağlı sənədləri təhsil aldığı ölkədəki İran səfirliyi tərəfindən təsdiqlənməlidir.

Maddə 4. Tələbələrin xarici universitetlərdən daxili universitetlərə köçürülməsinə qoyulmuş limit və onların təhsil haqqlarının miqdarı, xüsusi heyət (Üməna heyəti) tərəfindən müəyyənləşdirilir.

Qeyd 1: Xarici universitetlərdən tələbələrin daxili universitetlərə köçürülməsinin limiti və onların təhsil haqqlarının miqdarı, hər il xüsusi heyət (Üməna heyəti) tərəfindən müəyyənləşdirilir və elan olunur.

Qeyd 2: Elmi heyət üzvləri olan və eyni zamanda təqaüd alan tələbələrdən təhsil haqqı tələb olunmayacaq.

Maddə 5. Tələbə təhsil aldığı müddətdə köçürüldüyü universitetin bütün qanunlarına əməl etməli və tələbləri yerinə yetirməlidir.

Qeyd 1: Təhsil müəssisəsi üçüncü maddəyə əsasən, elmi müsahibə keçirərək, onun nəticəsinə əsasən hər hansı bir qərara gələ bilər.

Qeyd 2: Təqaüdə şamil olunan tələbələrin siyahısı yalnız nazirliyin xüsusi şöbəsi tərəfindən müəyyənləşdirilir.

Maddə 6. Tələbələrin keçməli olduğu fənlərin sayı və minimum təhsil müddətinin müəyyənləşdirilməsi, köçürüləcəkləri universitetlərin bununla əlaqədar yaradılmış şöbələri tərəfindən həyata keçirilir.

Maddə 7. Fakültələrin müəyyənləşdirilməsi, tələbələrin ixtisaslarına uyğun olaraq , köçürüləcəkləri universitetlər tərəfindən müəyyənləşdirilir.

Tələbələrin xarici universitetlərdən ölkə daxilindəki universitetlərə köçürülməsi ilə əlaqadar qeyd olunan bu yeddi maddə, 22 sentyabr 2004-cü ildə İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Naziri tərəfindən təsdiqlənmişdir. Həmin tarixdən yenin qanunlar qüüvəyə minmiş və tələbə köçürülməsi ilə bağlı bundan öncəki qanunlar isə öz qüvvəsini itirmişdir.

Köçürülmə zamanı tələb olunan sənədlər:

1. Öncəki təhsil pilləsinə aid attestat və ya diplomların əsli və o cümlədən qiymət cədvəlləri, surətləri ilə birlikdə təqdim olunmalıdır.

2. Hazırda təhsil aldığı universitet tərəfindən təqdim olunmuş arayişin əsli və qiymət cədvəlinin surəti təqdim olunmalıdır. Təqdim olunmuş sənədlər, İranın həmin ölkədəki səfirliyi tərəfindən təsdiqlənmiş olmalıdır. 

3. Hazırda təhsil alıb, magistraturaya köçürülmək istəyənlərin, bakalavr diplomlarının əsli və surəti təqdim olunmalıdır.

4. Hazırda doktorantura pilləsində təhsil alıb, köçürülmək istəyənlərin, magistratura diplomları və diplomlara əlavələrinin əsli və surəti təqdim olunmalıdır.

5. İranda natəmam orta təhsil almış və xarici ölkələrdə orta təhsilini davam etdirmiş şəxslər, İranda təhsil almalraına dair şəhadətnamələrinin əslini və surətini təqdim etməlidilər.

6. Şəxsiyyət vəsiqəsinin surəti təqdim olunmalıdır.

7. Pasportun bütün səhifələrinin surəti təqdim olunmalıdır.

8. Hərbi biletin surəti təqdim olunmalıdır. (kişilər üçün)

9. Əlavə olaraq bir ədəd foto təqdim olunmalıdır.

10. Təqaüd alan tələbələr, bununla əlaqədar sənədlərinin surətini təqdim etməlidilər. Onlara təqaüdün şamil olunması isə nazirliyin müvafiq şöbəsi tərəfindən araşdırılmalıdır.

11. Elmi heyət üzvü olan tələbələr. bununla əlaqədar sənədlərinin surətini təqdim etməlidilər.

12. Xarici ölkə diplomlarına sahib olan şəxslər, diplomlarının tərcümə olunmamış variantının surətini və eləcə də diplomlarının təsdiqlənmiş variantının əslini və surətini təqdim etməlidilər.

13. Hər hansı bir ictimai-siyasi hadisə ilə əlaqədar olaraq, tələbə xarici ölkə universitetindən qovulmuş olarsa, Xarici İşlər Nazirliyi və ya İran sərliyi həmin tələbənin təhsil almasını təsdiqlədikdən sonra, bununla əlaqədar sənədlər də təqdim olunmalıdır.

Tələbələr üçün bir neçə qeyd:

1. Bütün təqdim olunmuş sənədlər universitetlərin və İranın həmin ölkədki səfirliyi tərəfindən təsdiq olunmalıdır.

2. Təhsil aldığınız universitetin adı, Nazirlik tərəfindən mötəbər hesab olunan universitetlərin siyahısında olmalıdır.

3. Xarici ölkə təhsil müəssisələrinə aid attestata və yə hər hansı bir diploma malik olduqda, həmin diplom və sənədlərin əslininin surəti və İranda təsdiqlənmiş variantı təqdim olunmalıdır.

4. 01.11.2004 tarixdə qəbul olmuş və quvvəyə minmiş qanuna əsasən, ölkə daxilində tələbələrin hər hansı bir ali təhsil müəssisənə köçürülməsi, sadəcə həmin ali təhsil müəssisəsi və universitet tərəfindən həyata keçirilir.

İxtisas seçimi:

Rəsmi məlumatlar və saytlar (http://www.tabaelm.com/AzerbaijanDepartment.html) vasitəsi ilə həmin universitetlər üzrə İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş fakültələr və ixtisaslar barədə daha ətraflı məlumatlar  əldə etmək mümkündür.

İran İslam Respublikasının Səhiyyə Nazirliyi - əlaqədar fakültələr

Qeyd: “Azərbaycan Tibb Universiteti” Nazirlik tərəfindən təsdiqlənmiş universitetlərin siyahısına daxil edilməmişdir.

Stomatologiya, əczaçılıq və digər tibb ixtisasları üzrə MDB ölkələri universitetləri tərəfindən verilmiş diplomların tanınması proseduru

* Nazirlik tərəfindən təsdiqlənmiş universitetlərdə təhsil almış şəxslərin diplomlarının tanınması, Nazirliyin dipıomların qiymətləndirilməsi üzrə fəaliyyət göstərən xüsusi kimissiyası tərəfindən həyata keçirilir.

* Müəyyən şərtlərlə diplomları təsdiqlənən universitetlərin məzunlarından aşağıdakılar tələb olunur:

1. Həmin məzunlar stomatologiya, əczaçılıq və digər tibb ixtisasları üzrə müsabiqədən keçməli və qəbul olmalıdılar.

2. Ölkə daxilində İlkin təcrübə kursları keçməli və uğurlu nəticələr göstərməlidilər.

3. Stomatologiya, əczaçılıq və digər tibb ixtisasları üzrə təhsil almış şəxslər, əlavə olaraq ixtisasartırma kurslarında iştirak etməlidilər.

4. Mötəbər xarici universitetlərdə təhsil almış şəxslər, əlavə olaraq ümumi fənlər üzrə müsabiqədən də uğurla keçməlidilər.

5. 2003-cü ilin sentyabr ayından sonra müəyyən şərtlərlə diplomları təsdiqlənən universitetlərində stomatologiya, əczaçılıq və digər tibb ixtisasları üzrə təhsil almış şəxslərin diplomlarının qiymətləndirilməsi, aşağıda göstərilən kimi həyata keçiriləcək;

A: Orta məktəb buraxılış imtahanlarında ümumi 15 baldan artıq toplamalıdır.

B: Fizika, riyaziyyat və ya digər praktiki elmlər üzrə təmayyülü orta məktəbi bitirmiş olmalıdır.

* Nazirlik tərəfindən təsdiqlənmiş universitetlərin birində magistratura və ya aspirantura pillələrində stomatologiya, əczaçılıq və digər tibb ixtisasları üzrə təhsil almış şəxslərdən, ümumi fənlər üzrə imtahan götürülməyəcək.

MDB ölkələri universitetlərində yüksək təhsil pillələri üzrə təhsil almış şəxslərin diplomların tanınması proseduru

* Nazirlik tərəfindən təsdiqlənmiş Rusiya, Belarus, Ukrayna və Azərbaycan Respublikası Unversitetlərindən birində yüksək təhsil pillələri üzrə təhsil alan şəxslər, ilkin qiymətləndirmə prosedurunu keçdikdən sonra, ixtisas fənləri üzrə müsabiqədən keçməli və əna azı 60 faiz uğurlu nəticə göstərməlidilər.

* 2005-ci ilin sentyabr ayından sonra keçmiş “Şərq bloku” ölkələrinin mötəbər hesab olunan universitetlərdə tibb ixtisasları üzrə təhsil almağa başlamış şəxslər, müsabiqədən keçərkən hər bir sahə üzrə əna azı 60 faiz uğurlu nəticə göstərməlidilər.

* Doktorantura pilləsində təhsil almış şəxslərin ilk öncə bakalvr və magistratura pilləıərinə aid diplomları qiymətləndiriləcək. Daha sonra onların elmlər doktoru olması haqqındakı sənədlərin qiymətləndirilməsi həyata keçiriləcək.

* Rusiya, Belarus, Ukrayna və Azərbaycan Universitetlərinin tibb ixtisasları üzrə təhsil müddəti və təhsil proqramları İrandakı Universitetlərlə uzlaşmadığı təqdirdə, tələbələrin daxili universitetlərə köçürülməsinə icazə verilmir.

Xüsusi hallarda tələbələrin daxili universitetlərə köçürülməsi qaydaları

* Köçürülmək istəyən bakalavrlar, universitetqabağı təhsil müddətində orta hesabla ən azı 14 bal toplamış olmalıdlar.

* Magistratiraya köçürülmək istəyənlər bakalavr pilləsindəki təhsillləri zamanı orta hesabla ən azı 15 bal toplamış olmalıdılar.

* Köçürülmə prosesi aşağıdakı şərtələrə əsasən həyata keçirilir:

A: Köçürülmək istəyən bakalvrlar (kardani) ən azı 18 fənn üzrə dərs keçməli və yaxud bir yarım təhsil ili ərzində təhsil almış olmalıdılar. Orta hesabla onların ümumi  balı 14olmalıdır.

B: Köçürülmək istəyən bakalvrlar ən azı 36 fən üzrə dərs keçməli və yaxud bir təhsil ili ərzində təhsil almış olmalıdılar. Orta hesabla onların ümumi balı 14 olmalıdır.

C: Köçürülmək istəyən magistrlar ən azı 16 fən üzrə dərs keçməli və yaxud bir təhsil ili ərzində təhsil almış olmalıdılar. Orta hesabla onların ümumi balı 15 olmalıdır.

D: Tibb ixtisasları üzrə doktorantlar ən azı 72 fən üzrə dərs keçməli və yaxud dörd təhsil ili ərzində təhsil almış olmalıdılar. Orta hesabla onların ümumi balı 15 olmalıdır.

İxtisasartırma kurslarında təhsil alanların köçürülməsi

* Köçürülmək istəyən şəxsin doktorantlığı Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş olmalıdır.

* Köçürülmək istəyən şəxs, Nazirlik tərəfindən təsdiqlənmiş xarici universitetlərin birində ixtisasartırma kurslarının ən azı yarısında iştirak etməlidir.

* Köçürülmə zamanı müsabiqədən keçərkən, ən azı 80 faiz uğurlu nəticə göstərməlidir.

* Köşürülmək istəyən şəxsin hansı səviyyədə təhsilini davam etdirə bilməsi, müsabiqədən və qiymətləndirmə prossesindən sonra müəyyənləşəcək.

Nazirlik tərəfindən təsdiqlənmiş Azərbaycan Respublikası Universitetlərinə qəbul olmaq üçün tələb olunan sənədlər

Giriş

-          Nazirlik tərəfindən təsdiqlənmiş Azərbaycan Respublikası Universitetlərində Azərbaycan, İngilis və Rus dili bölmələri üzrə təhsil aparılır.

-          Azərbaycan Respublikasında 8-10 ay müddətinə universitetqabağı kurslar, 4 il müddətinə bakalvr pilləsində təhsil (əyani), 1-2 il müddətinə magistratura pilləsində təhsil (əyani), 3 il müddətinə doktorantura pilləsində təhsil (əyani və qiyabi) və eləcə də 4-6 il müddətinə tibb sahələri üzrə ixtisasartırma kursları keçirilir.

-          Qeyri-tibb ixtisasları üzrə qiyabi təhsil alan şəxslərin təhsil müddəti əlavə olaraq bir il və yaxud il yarım uzadılır. 

 

Qəbul qaydaları

-          Xarici Universitetlərə qəbul olmaq və qəbul qaydaları ilə tanışlıq üçün ilk öncə Nazirliyin müvafiq qurumlarına müraciət etmək lazımdır.

-          Xarici Universitetlərdə bakalavr, magistratura və doktorantura pillələri üzrə əyani və ya qiyabi formada təhsil, yalnız İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş qanunlara əsasən həyata keçirilir.

-          Xarici Universitet məzunları diplomlarını təsdiqlənmək üçün, Səhiyyə və yaxud Elm, Tədqiqat və Texnologiya Nazirliyinə təqdim etməli və müsabiqədən keçməlidilər.

 

Tələb olunan sənədlər

·         Abituriyent öncəki təhsil pillələlərinə aid attestat və diplomlarını və eləcə də diploma əlavələrini təqdim etməlidilər.

·         Xaricdə təhsil almaq üçün xüsusi anketi doldurmalıdılar.

·         Pasportun birinci və ikinci səhifələrinin surətini təqdim etməlidilər.

·         12 ədəd 3*4 ölçüsündə rəngli foto təqdim etməlidilər.

 

Ümumi məlumatlar və adreslər

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyinin ünvanı:

Ünvan: Tehran, Qüds qəsəbəsi,  sənət meydanı, İnqilab bülvarı, “Hurmuzan” prospekti, “cənubi piruzan” prospektinin kəsişməsi. Telefon: +982239999021,

+982182239990 və +982182231000 (www.msrt.ir)

Xaricdə təhsil şöbəsi, MDB ölkələrində təhsil şöbəsinin Azərbaycan bölməsi;

www.iranscholarship.net

Xaricdə təhsil almaq istəyən tələbələrə xidmət göstərən müəssisiə və şirkətlər;

www.iranscholarship.net/paziresh/paziresh.htm

İran İslam Respublikasının Səhiyyə Nazirliyinin ünvanı:

Ünvan: Tehran, Qüds qəsəbəsi,  sənət meydanı, “eyvanək” prospekti, “cənubi fəlamək” prospekti, “simayi-İran” prospekti. Telefon: +982188363560 (www.mohme.gov.ir)

Xaricdə təhsil şöbəsi

 

Universitetlərlə tanışlıq

 

“Azərbaycan Tibb Universiteti”

“Azərbaycan Tibb Universiteti” İran İslam Respublikasının Səhiyyə tərəfindən təsdiqlənmiş universitetlərin siyahısına daxil edilməmişdir. Lakin bu universitetdə stomatologiya, əczaçılıq və bəzi digər tibb ixtisasları üzrə təhsil almış şəxslərin diplomıarı müəyyən şərtlər əsasında təsdiqlənə bilər.

Universitet haqqında ümumi məlumatlar (www.amu.edu.az)

Azərbaycan Tibb Universitetinin əsası 19 İyun 1930-cu ildə qoyulmusdur.
ATU-nun təarkibində 7 fakultə (2 mualicə-profilaktika, Pediatriya, Tibbi-profilaktika və tibbi biologiya, Stomatologiya, Əczaçılıq və Hərbi-tibb) fəaliyyət göstərir. 2007-ci il Yanvar ayınin əvvəlinə olan məlumata əsasən Azərbaycan Tibb Universitetində 1628 nəfər çalısır. Onlardan 1381 nəfər professor-müəllim heyəti, həmçinin Rusiya Tibb Elmlər Akademiyasının akademiki-4, RTEA-nın müxbir üzvü-1, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü-3, Milli Elmlər Akademiyasının müxbir üzvü-5, Əməkdar həkim-31, əməkdar müəllim-20, fəxri bədən tərbiyəsi- isçisi-5, əməkdar əczaçı-1, elmlər doktoru-140, elmlər namizədi-738, professor-109, dosent-297, bas müəllim-153, assistent-640, bas müəllim-84, bas elmi isçi-23, aspirant-89.

ATU aşağıda adları qeyd olunan bir sıra Beynəlxalq Assosasiyaların üzvüdür:

Beynəlxalq Reestirə üzvülük (1996-cı ildən)

Qara Dəniz Universitetlər Assosasiyasının üzvü (1999-cu ildən)

Beynəlxalq Universitetlər Assosasiyasının üzvü (2000-ci ildən)

Avropa Universitetlər Assosasiyasının tam üzvü (2002-ci ildən)

Hazırlıq kursları

Ali təhsilə başlamadan öncə xarici ölkə tələbələrinə 8 ay müddətinə hazırlıq və dil kursları keçirilir. Daha sonra onlar xarici tələbələrin dekanlığına təqdim olunurlar.

Xarici tələbələrin dekanlığının işi:

- hazırlıq kursu keçmiş tələbələrin universitetə qəbulunu təşkil etmək;
- müxtəlif xarici ölkələrdən təhsil almaq üçün gələn müraciətləri qəbul etmək;
- oxuduqları müddətdə tələbələrin vizalarını hazırlamaq;

- tələbələrin dərsə davamiyyətinə nəzarət etmək;

- yay və qış imtahan sessiyasına tələbələrin hazırlığını təmin etmək;

dərslərin gedişinə nəzarət etmək;

- tələbələrin istehsalat təcrübələrini təşkil etmək;

- dövlət imtahanlarının gedişini təşkil etmək;

- xarici vətəndaşlarının universitetdən sonrakı yüksək təhsilini təşkil

etmək və bu işləri sənədləşdirmək;

- tələbələrə Azərbaycan Respublikasının müvafiq qanunları ilə məlumatlandırmaq;

- onların normal yaşayış şəraitini təmin etmək.

Təhsil pillələri və fakültələr

-          Aspirantura. İki il müddətinə keşirilir. İran İslam Respublikasının Səhiyyə nazirilyi tərəfindən təsdiqlənmişdir.

-          İxtisasartırma (rezidentura). 3-4 il müddətinə keçirilir. İran İslam Respublikasının Səhiyyə nazirilyi tərəfindən təsdiqlənmişdir.

Məzunlar

Universitetdə təhsilini müvəffəqiyyətlə başa çatdıran xarici məzunlara dövlət tərəfindən rəsmi diplomlar təqdim olunur. Bakalavr diplomuna sahib olan şəxslər ilk öncə magistraturada və daha sonra aspiranturada təhsillərini davam etdirə bilərlər. Aspirantura və doktorantura pilləsində təhsi alan şəxslər, müəyyən bir mövzu üzrə müdafiəə edərək təhsillərinin başa çatdırmalıdılar.

http://alintran.com/cms/FCKeditor/editor/images/spacer.gif

Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün son illərdə ciddi tədbirlər görülmüşdür. 11 mərtəbəli, 2400 yerlik nəzəri tədris binası tikintisinin başa çatdırılması, 3 n-li tədris binasında əlavə olaraq 12 auditoriyanın istifadəyə verilməsi buna misal ola bilər. Xarici və yerli tələbələr üçün nəzərdə tutulmuş 1700 yerlik 6 korpusdan ibarət yataqxana binasından başqa, hər biri 350 nəfərlik 9 mərtəbəli 2 tələbə yataqxanası istifadə üçün yararlı vəziyyətə salınmışdır. 280 nəfərlik 2 tələbə yeməkxanası tikilmişdir. Tələbə şəhərciyində həmçinin 9 böyük oyun zalı olan idman kompleksi, sağlamlıq mərkəzi ilə birlikdə üzgüçülük hovuzu istifadəyə verilmişdir. Universitetin Xəzər dənizi sahilində, Nabran qəsəbəsində yerləşən "Təbib" istirahət düşərgəsi, 8 ixtisaslaşdırılmış kabinetdən ibarət olan tələbə poliklinikası tam bərpa edilmişdir. Tələbələrin, müəllimlərin gərgin əməyi nəticəsində tədris korpuslarının, yataqxanalarının ətrafında yaşıllıqlar salınmışdır. Universitetin əsaslı kitabxanasında 800 mindən çox dərslik və elmi ədəbiyyat vardır. Kitabxana gələcək mütəxəssislərin hazırlanmasında böyük rol oynayır.

 

Bakı Dövlət Universiteti

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş universitetlərdən biri hesab olunur. Bu universitetdə bütün təhsil pillələri (bakalavr, magistratura, aspirantura və doktorantira) üzrə təhsil almaq mümkündür. (www.bsu.az)

Fakültələr:

 

Azərbaycan Memarlıq və İnşaat Universiteti

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş universitetlərdən biri hesab olunur. Bu universitetdə bütün təhsil pillələri (bakalavr, magistratura, aspirantura və doktorantira) üzrə təhsil almaq mümkündür. (www.azmiu.edu.az)

Fakültələr:

 

Azərbaycan Milli Elmlər Akademiyası

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş təhsil müəssisələrindən biri hesab olunur. Akademiyada yalnız doktorantira pilləsi üzrə təhsil almaq mümkündür. (www.science.az)

Azərbaycan Milli Elmlər Akademiyası 5 bölmədən və 37 institut və təşkilatdan ibarətdir.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi

Fizika İnstitutu
Akad. Ə.Hüseynov adına Kibernetika İnstitutu
Riyaziyyat və Mexanika İnstitutu
Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası
Radiasiya Problemləri İnstitutu
İnformasiya Texnologiyaları İnstitutu

Kimya Elmləri Bölməsi

Akad.Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu
Akad. M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu
Akad.Ə.Quluyev adına Aşqarlar Kimyası İnstitutu
Polimer Materialları İnstitutu
Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu
Mineral Xammalın Kompleks Emalı Üzrə Xüsusi Konstruktor-Texnologiya Bürosu

 Yer Elmləri Bölməsi

Geologiya İnstitutu
Akad. H.Əliyev adına Coğrafiya İnstitutu

Biologiya Elmləri Bölməsi

Botanika İnstitutu
Zoologiya İnstitutu
Genetik Ehtiyatlar İnstitutu
A.İ.Qarayev adına Fiziologiya İnstitutu
Torpaqşünaslıq və Aqrokimya İnstitutu
Mikrobiologiya İnstitutu
Mərkəzi Nəbatat bağı
Mərdəkan Dendrarisi

Humanitar və İctimai Elmlər Bölməsi

A.Bakıxanov adına Tarix İnstitutu
Arxeologiya və Etnoqrafiya İnstitutu
İqtisadiyyat İnstitutu
Fəlsəfə,Sosiologiya və Hüquq İnstitutu
Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu
Nizami adına Ədəbiyyat İnstitutu
Nəsimi adına Dilçilik İnstitutu
M.Füzuli adına Əlyazmalar İnstitutu
Memarlıq və İncəsənət İnstitutu
Milli Azərbaycan Tarixi Muzeyi
Folklor İnstitutu
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi
Hüseyn Cavidin Ev Muzeyi

 

Azərbaycan Dövlət Neft Akademiyası

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş təhsil müəssisələrindən biri hesab olunur. Neft akademiyasında bütün təhsil pillələri (bakalavr, magistratura, aspirantura və doktorantira) üzrə təhsil almaq mümkündür. (www.adna779.wordpress.com)

Fakültələr:

Geoloji – Keşfiyyat fakültesi

Kimya – Texnologiya fakültəsi

Neft-Mexanika fakültəsi

Energetika fakültəsi

İstehsalat Proseslərinin Avtomatlaşdırılması  fakültəsi

Qaz-Neft mə’dən fakültəsi

Mühəndis-iqtisad, beynəlxalq iqtisadi əlaqələr və menecment  fakültəsi

 

 

Bakı Musiqi Akademiyası

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş təhsil müəssisələrindən biri hesab olunur. Musiqi akademiyasında yalnız bakalavr və magistr təhsil pillələri üzrə təhsil almaq mümkündür. (http://musakademiya.musigi-dunya.az)

Fakültələr:

Fortepiano fakültəsi

İfaçılıq fakültəsi

Tarix-nəzəriyyə fakültəsi

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş təhsil müəssisələrindən biri hesab olunur. Rəssamlıq akademiyasında yalnız rəssamlıqla əlaqədar ixtisaslar üzrə bakalavr və magistr pillələrində təhsil almaq mümkündür. (www.adra.edu.az)

Fakültələr:

«Təsviri Sənət» fakültəsi

«Memarlıq və Dizayn» fakültəsi

«Sənətşünaslıq» fakültəsi

 

Azərbaycan Milli Konservatoriyası

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş təhsil müəssisələrindən biri hesab olunur. Konservatoriyada yalnız musiqi ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil almaq mümkündür. (http://conservatory.az/esas.htm)

 

Azerbaycan Texniki Universiteti

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş təhsil müəssisələrindən biri hesab olunur. Bu universitetdə yalnız bakalavr təhsil pilləsi üzrə təhsil almaq mümkündür. (www.aztu.edu.az)

Fakültələr:

1.Avtomatika və kompüter texnikası
2.
Elektrotexnika və energetika
3.
Maşınqayırma
4.
Metallurgiya
5.
Mühəndis biznesi və menecment
6.
Nəqliyyat
7.
Radiotexnika və rabitə
8.
Texnoloji maşınlar
9.
Xarici tələbələr üzrə dekanlıq

 

Naxçıvan Dövlət Universiteti

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş təhsil müəssisələrindən biri hesab olunur. Bu universitetdə yalnız bakalavr təhsil pilləsi üzrə təhsil almaq mümkündür. (www.ndu.edu.az)

Fakültələr:

1. Tarix-filoloqiya fakültəsi
2. İqtisad-hüquq fakültəsi
3. Təbiətşünasliq və tibb fakültəsi
4. Fizika və riyaziyyat fakültəsi
5. Hərbi-texniki fakültə
6. Pedaqoji fakültə
7. İncəsənət fakültəsi
8. Xarici tələbələr üzrə dekanliq

9. Hazırılıq şöbəsi

10. İxtisasartırma fakültəsi

 

Xəzər Universiteti

İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən təsdiqlənmiş təhsil müəssisələrindən biri hesab olunur. Bu universitetdə yalnız bakalavr təhsil pilləsi üzrə təhsil almaq mümkündür. (www.khazar.org)

Fakültələr:

(Azərbaycan Respublikası universitetlərində təhsil qiyabi və əyani formada keçirilir)

 

Qeyd: Azərbaycan Respublikası universitetlərinə qəbul olmaq istəyən abituriyentlər Nazirlik tərəfindən verilən xüsusi ərizə anketini doldurmalı və 4*3 ölçüsündə öz fotolarını təqdim etməlidilər.

 

Daha ətraflı məlumatlar əldə etmək üçün aşağıdakı vasitələrələ bizimlə əlaqə saxlaya bilərsiniz:

Telefon: +994518511574 (Bakı), +982122054406 (Tehran)

  info@alintrann.com

 redmagicdm@yahoo.com

 http://az.alintran.com

 

 

 

 

ALL RIGHTS RESERVED