عنوان

سه شنبه, 16 ژانويه 2018
Biznes

شرکت بین المللی

الفبای ویرا

مشاور شما در

تجارت با جمهوری آذربایجان

ثبت شرکت , خرید ملک
تحصیل , وکالت , مجوز

.... , صادرات , واردات

www.alvinter.com


Biznes

Əlifba Viera

Beynəlxalq Şirkəti

İran-la bizines

şirkətin qeydiyyat

əmlak alqı -satqısı

lisenziyalar

ixrac, idxal ...

www.alvinter.com

 
Sənəd tərcümələrinin notarial

Notariat haqqınd Azərbaycan Respublikasının Qanunu, XI fəsil: Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün, imzanın həqiqiliyinin və tərcümənin düzgünlüyünün təsdiq edilməsi

Maddə 64. Sənədlərin surətlərinin düzgünlüyünün təsdiq edilməsi

Notariuslar, müvafiq icra hakimiyyəti orqanları idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərinin düzgünlüyünü o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.

Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun.

Maddə 65. Sənədlərin surətlərindən çıxarılmış surətlərin düzgünlüyünün təsdiq edilməsi

Sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, notarius və ya müvafiq icra hakimiyyəti orqanı sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edə bilər. Axırıncı halda sənədin surəti idarənin, müəssisənin, təşkilatın blankında tərtib edilməli, üzərinə möhür vurulmalı və qeyd olunmalıdır ki, sənədin əsli həmin idarə, müəssisə, təşkilatda saxlanılır.

Maddə 66. Sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi

Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilə bilər ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.

Sənədlərdən çıxarışların düzgünlüyü bu Qanunun 64 və 65-ci maddələri ilə nəzərdə tutulmuş qaydada təsdiq olunmalıdır.

Maddə 67. Sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi

Notarius və ya müvafiq icra hakimiyyəti orqanı qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir.

Əqddə cismani qüsurlarına, xəstəliyinə və ya digər üzürlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər.

Notarius və ya müvafiq icra hakimiyyəti orqanı imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir.

Maddə 68. Tərcümənin düzgünlüyünün təsdiq edilməsi

Notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər.

Notarius müvafiq dilləri bilmədiyi halda sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir.

Notarius etibar etdiyi tərcüməçinin imzasını tanıdığı hallarda onun imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edə bilər. Tərcümə elektron rabitə vasitəsilə qəbul edildikdə onun surət kimi təsdiqlənməsi tələb olunmur.

Sənədlərin tərcüməsi bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı və notarius vasitəsilə təşkil edildiyi halda tərcüməyə görə haqq notarius tərəfindən qəbul edilərək, iki bank günü ərzində tərcümə xidməti göstərən hüquqi şəxsin bankdakı hesabına keçirilir.

 

ALL RIGHTS RESERVED