عنوان

دوشنبه, 23 ژوئيه 2018
Biznes

شرکت بین المللی

الفبای ویرا

مشاور شما در

تجارت با جمهوری آذربایجان

ثبت شرکت , خرید ملک
تحصیل , وکالت , مجوز

.... , صادرات , واردات

www.alvinter.com


Biznes

Əlifba Viera

Beynəlxalq Şirkəti

İran-la bizines

şirkətin qeydiyyat

əmlak alqı -satqısı

lisenziyalar

ixrac, idxal ...

www.alvinter.com

 
Şifahi tərcümə

ŞİFAHİ TƏRCÜMƏ

 

Mühüm bir beynəlxalq konfransda iştirak etdikdə, xarici qonaqlarınızla görüşdükdə sizə yad olan bir dilin, sizin üçün nə qədər əhəmiyyətli olduğunu, xarici səfərlər zamanı tərcüməçilərə nə qədər ehtiyacın duyulduğunu hiss etmiş olmalısınız. “RED MAGİC-DM” Məhdud Məsuliyyətli Cəmiyyətinin Tərcümə Mərkəzi istəyinizdən asılı olaraq, yüksək peşəkarlıqla müxtəlif dillər üzrə bütün növ şifahi tərcümə xidmətlərini təklif edir.

Aşağıdakı şifahi tərcümə xidmətləri tərəfimizdən təklif olunur:

-         Telefon danışıqlarının tərcüməsi

-         Turist səfərləri zamanı şifahi tərcümə xidmətləri

-         Elmi müzakirələr zamanı şifahi tərcümə xidmətləri

-         Yığıncaq və seminarlar zamanı şifahi tərcümə xidmətləri

-         Sərgi və konfranslarda şifahi tərcümə xidmətləri

-         Tərcüməçilik məqsədi ilə tərcüməçilərin ezamiyyətə göndərilməsi

-         Audio video tərcümələrinin həyata keçirilməsi

-         Müxtəlif sahələrlə bağlı filmlərin peşəkarcasına tərcüməsi

-         Bələdçilik məqsədi ilə şifahi tərcümə xidmətləri

-         Müxtəlif proqramlara uyğun şifahi tərcümə xidmətləri

 

Şifahi tərcümə adətən iki formadan birində aparılır:

Ardıcıl tərcümə - burada tərcüməçi nitq parçasına qulaq asır, sonra ya onu ümumiləşdirir, ya da onun mahiyyətini verir. Bu daha çox təkbətək görüşlər yaxud kiçik qruplar üçün əlverişlidir. Bu tip tərcümə əsasən məhkəmə prosesi, kiçik görüşlər və konsultasiyalar zamanı istifadə edilir, bu zaman natiq tərcüməçinin ardıcıl tərcümə etməsi üçün kiçik intervallarla ara verir və tərcüməçiyə danışmaq imkanı yaradır. Həmin müddət ərzində tərcüməçi tam təcrübə keçmiş tərcüməçi olmalıdır ki, qıza müddət ərzində tərcümənin məğzini tutmuş olsun və vaxtdan düzgün istifadə etməyi bacararaq, ən yaxşı tərcümə variantını nümayiş etdirmiş olsun.

Sinxron tərcümə - tərcüməçi mənanı real zamanda verməyə çalışır. Təbii ki, tərcüməçi məlumatı emal edənə qədər kiçik yubanma olur. Şifahi tərcümənin bu növü daha çox konfranslarda və tele/video konfranslarda isitfadə edilir. Sinxron tərcümə yüksək peşəkarlıq tələb edir, çünki bu tip tərcümə birbaşa və canlı tərcümə hesab olunur.

 

Sinxron tərcümə barədə əlavə qeydlər:

Şifahi tərcümə kateqoriyalarından sinxron (konfrans) tərcümə sözsüz ki, ən çox tələbat olan tərcümədir

Minimum 2 tərcüməçi tələb olunur. İki saatdan artıq vaxt aparan yığıncaq və konfranslarda, o cümlədən təşkilatların illik yığıncaqlarında və ziyafətlərdə bir dil üzrə iki sinxron tərcüməçi fəaliyyət göstərməlidir. Sinxron tərcüməçi, yorulmadan diqqətlə davamlı tərüməçiliklə məşğul olmalıdır. Lakin təcrübə göstərib ki, bir tərcüməçi dayanmadan yarım saat ərzində normal şifahi sinxron tərcümə ilə məşğul ola bilər. Daha sonra ikinci tərcüməçi onu əvəz etməlidir. Əgər siz bu xidməti bütün gün ərzində tələb etsəniz, işdən irəli gələn əqli yorğunluğa görə ən azı iki nəfər tərcüməçi götürmək lazım gələcəkdir.

Tərcüməçilərə qabaqcadan lazımı məlumatlar verilməlidir. Toplantıların gedişi haqqında tərcüməçilərə hər zaman qabaqcadan lazımı məlumatlar verilməlidir. Yığıncağın gündəliyi tərcüməçilərə təqdim olunmalıdır. Daha sonra tərcüməçilər aralarında məclisin hansı hissəsindəki çıxışların, hansı tərcüməçi tərəfindən tərcümə olunmasını müəyyənləşdirməlidilər. Çıxışlar anında tərcümə olunduğu üçün, tərcüməçi özünə lazım olan məlumatları qabaqcadan əldə etməli və heç bir səhvə yol verməməlidir. Yığıncaqda çıxış edəcək şəxslərin çıxışlarının mətni qabaqcadan hazır olduqda, tərcüməçilərə təqdim olunmalı və xüsusi terminlər haqqında məlumatlar verilməlidir.

Mütəxəssis avadanlığı tələb olunur. Yığıncaqlar zamanı sinxron tərcümələrin həyata keçirilməsi üçün xüsusi texnologiyalardan istifadə olunur. Yadda saxlamaq lazımdır ki, əgər müştəri “pıçıltı ilə tərcümə”ni istəmirsə, bu işin təbiəti mütəxəssis avadanlığını tələb edir. Adətən, tərcüməçi xüsusi kabinədə əyləşir və onun səsi tədbir iştirakçılarından hər birinə ötürülən elementləri qəbul edən miniatürə yayılır.

ALL RIGHTS RESERVED