عنوان

دوشنبه, 23 ژوئيه 2018
Biznes

شرکت بین المللی

الفبای ویرا

مشاور شما در

تجارت با جمهوری آذربایجان

ثبت شرکت , خرید ملک
تحصیل , وکالت , مجوز

.... , صادرات , واردات

www.alvinter.com


Biznes

Əlifba Viera

Beynəlxalq Şirkəti

İran-la bizines

şirkətin qeydiyyat

əmlak alqı -satqısı

lisenziyalar

ixrac, idxal ...

www.alvinter.com

 
Saytların tərcüməsi


Saytların tərcüməsi


İnternetin ümumdünya miqyasında yayılması, yeni peşələrin və bununla əlaqədar yeni tələbatın yaranmasına səbəb olmuşdur. Dünya iqtisadiyyatının qloballaşmasına görə, şirkətlər sadəcə daxili bazarlarla kifayətlənmir və başqa ölkələrdə öz bizneslərini genişləndirməyə çalışırlar. Beynəlxalq bazarlarda uğur qazanmaq üçün əsas vasitələrdən biri, internet və yeni informasiya texnologiyalarıdır. Şirkət üçün bir neçə dildə fəaliyyət göstərən peşəkarcasına bir internet saytının açılması

həmin şirkətin dünya bazarlarında tanınmasında mühüm rol oynayır. Peşəkarların xidmətlərindən istifadə etmədən

nümunıəvi bir sayt yaratmaq mümkün deyil. Biz bu səhə üzrə peşəkar mütəxəssis və tərcüməçilərin xidmətlərini təklif edirik. Bizim xidmətlərdən istifadə edərək, çox rahatlıqla siz müxtəlif dillərdə şirkətinizin internet saytını yarada bilərsiniz. Eləcə də internet vasitəsi şirkətlərə beynəlxalq yazışmalar zamanı tərcüməçilik xidmətləri təklif olunur

İnternet saytlarının tərcüməsi ən çətin və ən çox diqqət tələb edən tərcümə növü hesab olunur. Çünki, bu tərcümələri internet vasitəsi ilə bütün dünya müşahidə edir. Saytların tərcüməsi sadə, səlis və bütün hamı üçün anlaşılan olmalıdır. Belə tərcümələr zamanı tərcüməçinin peşəkarlığı çox mühüm əhəmiyyət kəsb edir. İranın region ölkələri bazarlarının mərkəzində yerləşməsi, şimaldan rus dilli orta Asiya ölkələrinin, qərbdən türk dilli Türiyənin, şərqdən urdu və ingilis dlli Pakistanla Hindistanın və cənubdan isə Ərəb ölkələrinin əhatəsində yerləşməsi, bu ölkələrlə uğurlu əməkdaşlıq etməsi baxımından həyati əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı İranın qonşu ölkələrlə dini, tarixi və mədəni ortaqlıqları olduğuna görə, bu ölkələrin dili İran üçün çox əhəmiyyətlidir. İngilis dili isə birinci beynəlxalq dil olduğuna görə böyük əhəmiyyət kəsb edir

Bütün bunları nəzərə alaraq, “Əlifba” beynəlxalq və rəsmi tərcümə mərkəzi istəyinizə əsasən, sizin üçün istənilən növ internet saytlarının (mətnləri sabit qalan və yaxud dəyişən saytalrın) yaradılmasında yüksək peşəkarlıqla öz xidmətlərini təklif edir

Biz müxtəlif dillər üzrə internet saytlarının peşəkarcasına yaradılması üzrə öz mükəmməl strategiyamızı və xidmətlərimizi sizə təklif edirik. Qarşılıqlı razılaşma yolu ilə xidmətlərimizdən istifadə edə bilərsiniz. Belə xidmətlərimizdən istifadə edənlərə gündəlik dəstək göstərilir

 

İnternet istifadəçiləri tərəfindən ən çox istifadə olunan dillər

Ən çox istifadə olunan 10 dil

Dil üzrə internet istifadəçilərinin sayı

Orta hesabla nüfuz göstəriciləri

İnternet cəmiyyətinin təxmini sayı

Dilin istifadə olunma göstəriciləri

İngilis dili

291,821,168

26.3 %

1,109,729,839

32.8 %

Çin dili

113,414,713

8.6 %

1,316,007,412

12.8 %

Yapon dili

67,677,947

52.8 %

128,137,485

7.6 %

İspan dili

56,844,480

14.6 %

389,587,559

6.4 %

Alman dili

54,244,805

55.4 %

96,141,368

6.1 %

Fransız dili

37,502,485

10.0 %

375,066,442

4.2 %

Koreya dili

31,600,000

42.0 %

75,189,128

3.6 %

İtalyan dili

28,610,000

48.8 %

58,608,565

3.2 %

Portuqaliya dili

21,691,837

9.5 %

227,621,437

2.4 %

Holland dili

14,655,328

60.5 %

24,218,157

1.6 %

Ən çox istifadə olunan 10 dil

718,062,762

18.9 %

3,800,307,391

80.8 %

Digər dillər

170,618,369

6.5 %

2,611,759,794

19.2 %

Yekun statistika

888,681,131

13.9 %

6,412,067,185

100.0 %

 

 

ALL RIGHTS RESERVED