“Xarici vətəndaşlara məxsus sənədlərin tərcümə və təsdiqi”
Daxili İşlər Nazirliyinin Xarici Vətəndaşlarla İş Üzrə İdarəsi tərəfindən xarici vətəndaşlara verilmiş müvəqqəti yaşayış vəsiqələri, yalnız həmin idarənin yazılı icazəsi təqdim olunduqdan sonra tərcümə olunaraq, notarial qaydada təsdiqlənə bilər
Xarici vətəndaşlara verilmiş turist vəsiqələrinin yalnız ölkə daxilində istifadə olunması nəzərdə tutulmuşdur. Buna görə də bu vəsiqələrin tərcüməsi təsdiqlənmir
Daxili İşlər Nazirliyi tərəfindən Xarici vətəndaşların övladları və həyat yoldaşları haqqında verilmiş arayış və sənədlər, tərcümə olunaraq, notarial qaydada təsdiqlənə bilər. Xarici vətəndaşların evlənmə və boşanması ilə əlaqədar digər rəsmi qurumların verdiyi sənədlər qəbul olunmur, bu barədə yalnız Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlar tərcümə olunaraq, təsdiqlənə bilər
Xarici vətəndaşların pasportu yalnız Xarici işlər Nazirliyi Tərəfindən təsdiqləndikdən sonra
tərcümə olunaraq, notarial qaydada təsdiqlənə bilər. Təsdiqlənmə zamanı pasportun əsli təqdim olunmalıdır